XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

17 Noyabr 2017 - 23:14

Bakının bu ərazilərində işıq məhdudiyyətlə veriləcək –“Azərişıq”

Azərişıq" ASC abonentlərinə xəbərdarlıq edib.

Dövlət şirkətinin mətbuat xidmətindən "APA-Economics"ə bildirilib ki, "Azərenerji" ASC-yə məxsus 110/35/10 kV-luq Əhmədli yarımstansiyasında aparılan təmir işləri ilə əlaqədar olaraq 18 noyabr 2017-ci il tarixində saat 01:30-dan 04:30-a qədər Xətai rayonu Əhmədli yaşayış massivinin bir hissəsində (General Şıxlı, Nəsrəddin Tusi, Sarayev, Neapol, Məhəmməd Hadi, Sadıqcan, Telnov küçələri) elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

Yaranmış narahatçılığa görə "Azərişıq" ASC istehlakçılardan üzr istəyir.