Bakının Zığ qəsəbəsində torpaq sürüşməsi olub.
Trend-in məlumatına görə, hadisə 43 saylı binanın qarşısında qeydə alınıb. 22 yaşlı Əmirəhməd Bağırov 8 m dərinlikdə torpaq altında qalıb.
Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri həmin şəxsin xilas edilməsi istiqamətində iş aparır.