XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Noyabr 2017 - 13:30

Ölkə üzrə 182 min tondan çox pambıq tədarük olunub- Dövlət Statistika Komitəsi

Noyabrın 18-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 182 min 497,94 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən Azərtac-a bildiriblər ki, noyabrın 17-də 1784,61 ton pambıq tədarük olunub.

Pambıq tədarükündə əvvəlki kimi Saatlı rayonu öndədir. Rayon pambıqçıları indiyədək məntəqələrə 24357,60 ton məhsul təhvil veriblər. Biləsuvarda 22442,72 ton, Bərdədə 19462,57 ton pambıq tədarük edilib.