XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

20 Noyabr 2017 - 10:03

Yeni il bayramında Azərbaycanda 5 gün istirahət olacaq –Təqvim

Yeni il bayramında Azərbaycanda 5 gün istirahət olacaq.

“Report”un xəbərinə görə, bu ilin dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, 2018-ci ilin yanvarın 1-də və 2-də isə Yeni il bayramı əlaqədar iş olmayacaq. Dekabrın 31-i bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən növbəti iş günü, yəni yanvarın 3-ü də qeyri-iş günü hesab ediləcək. Dekabrın 30-u isə şənbə gününə təsadüf edir. Beləliklə, ölkədə 5 gün – dekabrın 30-da, 31-də, yanvarın 1-də, 2-də və 3-də iş olmayacaq.

Yanvarın 4-ü Yeni ilin və yeni iş həftəsinin ilk iş günüdür.