XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

20 Noyabr 2017 - 10:40

Yunanıstanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olub –FOTO

Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Kanellos  Bakı Ali Neft Məktəbində (BANM) olub.

 BANM-dən Strateq.az  bildirilib ki, səfir və onun rəhbərlik etdiyi nümayəndə heyəti Ali Məktəbin rəhbərliyi, professor-müəllim heyəti və tələbələrilə görüşüb. Rektor Elmar Qasımov Azərbaycan və Yunanıstanın təhsil sahəsində olan uğurlu əməkdaşlığını qeyd edərək bildirib ki, BANM-in bu il 5 nəfər tələbəsi hazırda Afina şəhərində yerləşən Pirey Tətbiqi Elmlər İnstitutunda təhsil alır və növbəti ilin fevral ayında daha 5 tələbənin göndərilməsi nəzərdə tutulur.

 N. Kanellos iki ölkə arasında yaranmış perspektivli münasibətlərdən, Yunanıstan mədəniyyətindən, öz həyat və yaradıcılığından danışıb. Həyatının 29 ildən çoxunu vətəndən kənarda yaşayaraq fəaliyyət göstərən cənab Kanellos şəxsi inkişafdan, lidelikdən, yaradıcılıqdan danışıb, gənclərə hərtərəfli bir mütəxəssis kimi yetişmələri üçün dəyərli məsləhətlərini verib. Görüş zamanı BANM tələbələri suallar ünvanlayıblar. Səfir tələbələrə “Nikos D.Kanellos Paintings” adlı rəsm əsərlərinin yer aldığı kitabı imzalayaraq hədiyyə edib.

 Sonda Elmar Qasımov Kanellosa  Bakı Ali Neft Məktəbinin Fəxri qonağı plaketini təqdim edib.