XƏBƏR LENTİ

16 Yanvar 2021

Digər Xəbərlər

20 Noyabr 2017 - 12:20

FİFA prezidenti Bakıya gəlir –Ölkəmizdə futbol sammiti keçirilir

Bakıda FIFA İcraedici Futbol Sammiti keçiriləcək.

 Apasport.az saytının məlumatına görə, sabah baş tutacaq tədbirdə FİFA-nın prezidenti Canni İnfantino, FİFA-nın baş katibi Fatma Samoura, Azərbaycana yaxın regionda yerləşən ölkələrin futbol federasiyalarının, həmçinin FİFA üzvü olan müxtəlif konfederasiyaların tərkibindəki milli assosiasiyaların rəhbər şəxsləri iştirak edəcək.

 Sammit iştirakçılarının siyahısına Əfqanıstan, Tacikistan, Türkmənistan, Benin, Çad, Cibuti, Özbəkistan, Belarus, Gürcüstan, Qazaxıstan, Latviya, Moldova, Ukrayna və Rusiya futbol federasiyaları daxildir.