XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

20 Noyabr 2017 - 13:42

Mənəvi Dəyərlərin Təbliği Fondunda əmək haqları açıqlandı –Direktor 1150, xadimə 155 manat alacaq

Nazirlər Kabineti “Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin say həddinin müəyyən edilməsi və aylıq vəzifə maaşlarının təsdiq edilməsi barədə” qərar verib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin say həddi 15 vahid müəyyən edilib.

Qərara əsasən Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin aylıq vəzifə maaşları aşağıdakı kimi olacaq:

İcraçı direktor – 1150 AZN, icraçı direktorun müavini – 895 AZN, şöbə müdiri, baş mühasib – 590 AZN, baş məsləhətçi – 410 AZN, aparıcı məsləhətçi – 390 AZN, məsləhətçi – 380 AZN, kargüzarlıq və arxiv işinin aparılması üzrə mütəxəssis – 200 AZN, sürücü – 220 AZN və  xadimə – 155 AZN.