XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

20 Noyabr 2017 - 14:48

“Qarabağ – Çelsi” oyununa bütün biletlər satılıb –Oyunu min nəfərdən çox əcnəbi azarkeş izləyəcək

 

Noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ"- "Çelsi" oyunu üçün satışa çıxarılan bütün biletlər satılıb.

Bu barədə Trend-ə açıqlamasında "Qarabağ" futbol komandasının mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. Komanda rəsmisi bildirib ki, artıq oyun üçün nəzərdə tutulan 67 min 500 biletin hamısı satılıb: "Oyunu izləmək üçün 1000 xarici azarkeş bilet alıb. Qalanları yerli azarkeşlərdir. Artıq biletlərin hamısı satılıb".

Qeyd edək ki, noyabrın 22-də Bakıda Çempionlar Liqasının V turu çərçivəsində Ağdamın "Qarabağ" komandası İngiltərə təmsilçisi “Çelsi” ilə qarşılaşacaq.