XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

20 Noyabr 2017 - 21:05

İraqda olan azərbaycanlı qadın və uşaqlar deportasiya edilir –Açıqlama

İraq hökuməti Mosulun İŞİD-dən azad olunmasından sonra həbs olunan terrorçuların həyat yoldaşlarını deportasiya etməyə hazırlaşır.

Bu barədə Fransanın AFP xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, hökumət 13 fərqli ölkədən 509 qadın və 813 uşaq deportasiya ediləcək. AFP-yə açıqlama verən Ninova vilayət komitəsinin sədr müavini Nürəddin Kablan Mosul yaxınlığındakı Tel Keifdə saxlanılan İŞİD terrorçuların həyat yoldaşlarının və uşaqlarının Bağdaddakı bir düşərgəyə göndəriləcəyini, ordan isə deportasiya ediləcəyini bildirib. İŞİD-çilərlə evli olan 509 qadından 300-nün Türkiyə vətəndaşı olduğunu bildirən Kablan "Bu ikinci deportasiya dağlasıdı. Daha iki və ya üç dalğa olacaq" deyib.

Saxlanılan qadın və uşaqlarla bağlı məlumat almağa çalışan Noveç Miqrant Komitəsi həbs olunanların Azərbaycan, Türkiyə, Rusiya və Tacikistan vətəndaşları olduğunu açıqlayıb. Onlardan neçəsinin azərbaycanlı olduğu açıqlanmayıb. (Qaynarinfo)