XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

22 Noyabr 2017 - 10:57

Nazir:"Məhkəmə qərarlarının icrasından yayınan 2700 nəfər həbs edilib"

Mülki və iqtisadi münasibətlərin sürətlə inkişafı, məhkəmələrdə baxılan işlərin son illər dəfələrlə çoxalması icra xidmətində də iş həcminin artmasına səbəb olub.

Trend-in məlumatına görə, bunu ədliyyə naziri Fikrət Məmmədov mətbuatda dərc olunan məqaləsində deyib.

Nazir bildirib ki, bununla əlaqədar məhkəmə qərarlarının düzgün və vaxtında icrasını təmin etmək, icra mexanizmlərini təkmilləşdirmək məqsədilə təsirli tədbirlər görülür. F.Məmmədov bildirib ki, ötən bir ildə icra işlərinin sayı 30 faiz artaraq 800 mini ötüb, görülmüş tədbirlər nəticəsində mülki xarakterli icra sənədlərinin əksər hissəsinin qanunvericiliklə müəyyən olunmuş qaydada icrası təmin edilib. F.Məmmədov vurğulayıb ki, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən və icradan yayınan 4.000 nəfər inzibati məsuliyyətə cəlb olunub, o cümlədən 2.700 nəfər məhkəmələr tərəfindən inzibati qaydada həbs edilib, 337 nəfər barəsində cinayət işi başlanıb.

Nazirliyin istintaq idarəsində ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması ilə bağlı 586 cinayət işinin istintaqı tamamlanıb, bir çox məhkəmə qərarlarının icrasına istintaq zamanı nail olunub.