XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

23 Noyabr 2017 - 00:15

Qurban Qurbanov:“Qırmızı vərəqədən sonra oyun istədiyimiz kimi getmədi”


 

Son vaxtlar bu qədər məyus olmamışdım”.

Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Çelsi”ni qəbul edən Ağdam klubu 0:4 hesabı ilə uduzub.

Matçdan sonra mətbuat konfransı keçirən Qurbanov qeydə alınan nəticəni şərh edib: “90 dəqiqə ərzində yaxşı oyun göstərməyimizi istəyirdim. Amma qırmızı vərəqədən sonra azlıqda qaldıq və oyun istədiyimiz kimi getmədi. Azarkeşlərimizə görə üzüldüm. Bu qədər qırmızı vərəqə aldığımıza görə kimi qınamalı olduğumuzu bilmirəm. Biz həmişə intizamlı komanda olmuşuq. Bəzən belə hallar baş verir. Futbolçularıma təşəkkür etmək istəyirəm. Çox güclü komandaya qarşı oynasalar da, sona qədər çəkinmədilər. Meydanda məğlub olsaq da, mübarizədə uduzmadıq”.