XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

24 Noyabr 2017 - 10:33

Əhliman Əmiraslanov:“Bu sahədə uğurlarımız barədə öyünə bilmərik”

“Türkiyədə bir neçə ildir kök hüceyrələrinin təbabətə tətbiqi ilə bağlı çox ciddi tədqiqatlar aparılıb. Türkiyədə onlarla kök hüceyrə mərkəzi fəaliyyət göstərir. Biz onlarla əməkdaşlıq edirik. Lakin biz bu sahədə uğurlarımız barədə öyünə, ağızdolusu danışa bilmərik”.

Bunu Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib. Akademikin sözlərinə görə, təbabətin elə bir sahəsi yoxdur ki, kök hüceyrələrindən istifadə edilməsin: “Kök hüceyrələrindən qaraciyərin, ağciyərin, ürəyin patologiyasında, onkoloji, qan xəstəliklərində geniş istifadə edilir”.

 Ə. Əmiraslanov qeyd edib ki, bu sahədə Tibb Universiteti və Səhiyyə Nazirliyi ilə birlikdə  elmi – tədqiqat proqramı hazırlanıb.