XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

25 Noyabr 2017 - 20:21

Dağıstan-Azərbaycan sərhədi:gömrükdə rüşvət yığışdı, əvəzində yükdaşımalar iflic oldu

Dağıstanla Azərbaycan sərhədindəki “Yaraq-Qazmalar”, “Tahirkənd-Qazmalar” və “Yeni Filə” sərhəd-keçid məntəqələri yükdaşıyanlar üçün bağlıdır. Virtualaz.org Dağıstan mənbələrinə istinadən xəbər verir ki, bu haqda TIR sürücüləri deyiblər. 

Onların “Çernovik”ə bildirdiyinə görə gömrükçülər kommersiya yükü (paltar, ayaqqabı, meyvə-tərəvəz və digərləri) daşıyan TIR-ları buraxmır. Belə situasiya iki-üç həftədir davam edir. Səbəb isə gömrük postlarında yüklərin yoxlanılması prosedurlarıdır.

Bundan əvvəl gömrükçülər TIR sürücülərindən rüşvət yığaraq onların daşıdıqları yükə ancaq ümumi baxış keçirirdi və sərhəddən buraxırdı. Lakin sürücülər gömrükçülərin onlardan rüşvət yığmasından şikayət etməyə başladı, hətta bir neçə həftə əvəl aksiya keçirildi. 

Nəticədə Dağıstan rəhbərliyi bir neçə gömrükçünü cəzalandırdı, rüşvəti yığışdırdı. Bu dəfə isə rüşvətin yığışdırılması və yüklərin qanuni prosedurlardan keçməklə gömrükdən buraxılması daha betər vəziyyət yaratdı. Gömrük postlarının qarşısında yük avtomobillərinin uzun-uzadı növbələri meydana çıxdı.

“İndi gömrükçülər bizim sənədlərimizdə hansısa artıq nöqtəyə, vergülə də ilişirlər, amma rüşvət istəmirlər”-sürücülərdən biri deyir.

Digər mənbə isə bildirib ki, qalan gömrük postlarında da vəziyyət oxşardır. Çünki sərhəddə komissiya işləyir, rüşvət yığışdırılıb. Amma sürücülər onlardan tələb edilən qanini prosedurların öhdəsindən gələ bilmirlər. Nəticədə günlərlə gözləməli olurlar. Hazırda sərhəddə yük avtmobillərinin uzun növbəsi yaranıb.

Sərnişinlər üçün isə gömrük postlarından keçməklə bağlı problem yoxdur(virtualaz.org).