XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

26 Noyabr 2017 - 10:11

Bu günə olan hava proqnozu –Bakıda 12 dərəcə isti var, dağlıq yerlərdə şaxta olacaq

Noyabrın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

ETSN-dən verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman, şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-13° isti olacağı gözlənilir. Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60% olacağı gözlənilir.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4° isti, gündüz 9-14° isti, dağlarda gecə 4-9°, yüksək dağlıq ərazilərdə 12-17° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.