XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Noyabr 2017 - 09:47

“Azərpoçt”un baş direktoru işdən çıxıb –Məşhur bəstəkarın oğlu vəzifədən niyə gedib?

"Azərpoçt" MMC-nin baş direktoru Ülvi Mansurov işdən çıxıb.

 "APA-Economics"in MMC-dəki mənbə bildirib ki, Ü.Mansurov öz ərizəsi ilə tutduğu vəzifədən kənarlaşıb. "Ülvi Mansurov oktyabr ayının 1-dən vəzifəsini öz xahişi ilə tərk edib", – deyə mənbə vurğulayıb.

 Hazırda onun yerinə təyinat yoxdur. Baş direktor vəzifəsinin icrası müvəqqəti olaraq Sübhan Kazımova həvalə olunub.

 "Azərpoçt" MMC-nin mətbuat katibi Günel Gözəlova isə "APA-Economics"ə bildirilib ki, onun Ü.Mansurov işdən çıxması barədə məlumatı yoxdur. Maraqlıdır ki, "Azərpoçt" MMC-nin rəsmi saytında "Rəhbərlik" bölməsində Ü.Mansurov barədə məlumat yoxdur.  Xatırladaq ki, Ü.Mansurov "Azərpoçt" MMC-dən öncə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyəti sədrinin müavini olub.

 Qeyd edək ki, Ü.Mansurov bəstəkar Eldar Mansurovun oğludur.