XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

04 Dekabr 2017 - 11:54

Təhsil Nazirliyi xarici diplomla bağlı 3000-ə yaxın müraciəti araşdırır

 

Təhsil Nazirliyi (TN) sahəsində ali təhsil sənədlərinin tanınması və ekvivalentliyinin müəyyən olunması (nostrifikasiya) məqsədi ilə araşdırdığı müraciətlərin sayını açıqlayıb.

Nazirlikdən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, bu il Akkreditasiya və Nostrifikasiya İdarəsi nostrifikasiya sahəsində ali təhsil sənədlərinin tanınması və ekvivalentliyinin müəyyən olunması (nostrifikasiya) məqsədi ilə 2834 müraciəti icraata qəbul edib. TN-dən əlavə edilib ki, xaricdə təhsil alan tələbələrin diplomlarının tanıdılması məqsədilə yeni qaydalar layihəsi hazırlanıb. Yeni qaydalar layihəsi rəy və təkliflərin bildirilməsi ucun aidiyyəti dövlət qurumlarına göndərilib.