XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Dekabr 2017 - 12:53

Bakıda satılan 8 manatlıq bananın vətəni bilindi –"Fresco"dan açıqlama

"Fresco" supermarketlər şəbəkəsinin rəhbərliyi onların mağazalarında kilosu 8 manata Lənkəran istehsallı bananların satıldığı haqda xəbərlərə aydınlıq gətirib.

"Fresco"dan Strateq.az-a verilən məlumata görə, şəbəkənin mağazalarında 7.79 AZN-ə mini banan satılsa da, onun istehsal vətəni Lənkəran deyil, Cənubi Afrika Respublikasıdır.

Bundan əlavə, mağazalarda standart ölçülü bananın kilosunun isə bu gün 2.49 AZN olduğu açıqlanıb.

"Fresco"dan onu da bildiriblər ki, "Fresco" supermarketlər şəbəkəsi meyvə bazarında importla bağlı fəaliyyət göstərmir, müştərilərə ümumi Azərbaycan bazarına daxil olan və hər bir ticarət obyektinin satdığı meyvə və tərəvəz məhsullarını təqdim edir.