XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

06 Dekabr 2017 - 18:46

Bakıda elektrik qatarları bərpa olunur- Relslər dəyişdirilir

Bakıətrafı qəsəbələrə elektrik qatarlarının bərpa edilməsi istiqamətində işlər aparılır.

Trend-in məlumatına görə, Abşeron və şəhərətrafı qəsəbələrə gedən elektrik qatarlarının relsləri bərpa olunur. Mənbənin sözlərinə görə, elektrik qatarlarının relsləri köhnəlmişdi:

"Həmin relslər dəyişdirilir, bərpa olunur. Dəqiq vaxt söyləmək mümkün olmasa da, yaxın gələcəkdə eletrik qatarlarının işə düşməsi gözlənilir".

Qeyd edək ki, Milli Məclisin noyabrın 22-də keçirilən iclasında deputat Çingiz Qənizadə Bakıda tıxacların aradan qaldırılması üçün elektrik qatarlarının bərpa edilməsinin vacibliyini qeyd edib. Deputat bildirib ki, elektrik qatarlarının bərpası həm də ekoloji durumun yaxşılaşmasına səbəb olacaq. Ç.Qənizadə hesab edir ki, elektrik qatarlarının bərpası turizmin inkişafına da müsbət təsir göstərə bilər.