XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2015 - 10:24

“Sağ olsunlar, bizə çox əziyyət vermirlər” – İcra başçısından Yasamaldakı söküntüylə bağlı açıqlama

Paytaxtın mərkəzində bəzi obyektlərin sökülməsinə başlanılıb. Yasamal rayonu ərazisində, “Nizami” metrostansiyasının yaxınlığında yol kənarında yerləşən bütün obyektlər dağıdılıb.

İş icraçıları həmin ərazidə yolun genişləndiriləcəyini bildiriblər.

“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli azvision.az-a bildirib ki, yolun genişləndirilməsi hissəsinə düşən obyektlər, yaşayış sahələrinin hamısı söküləcək. 

Qurum rəsmisi vurğulayıb ki, hazırda eni 5-6 metr olan yol genişləndirilərək, 15 metrə çatdırılacaq: “Yol boyu iki küçədə işlərə başlanılıb. Bizim apardığımız hissədə yolun uzunluğu 2 kilometrdir. Yolun genişləndiriləcək hissəsinə nə qədər obyekt, yaşayış sahəsi düşəcəksə, hamısı sökülməlidir”. 

Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev isə bildirib ki, yolun genişləndiriləcək hissəsində yerləşən qanuni tikililərin sahiblərinə bir kvadratmetr üçün 1500 manat kompensasiya veriləcək:

“Qeyri-qanuni tikililərə isə, heç bir kompensasiya ödənilməyəcək. Kimsə dükanının qarşısını özbaşına artırıbsa, həmin şəxslərə kompensassiya verilməyəcək. İcra hakimiyyətinin əməkdaşları “Azəryolservis” ASC ilə birgə ərazidə hansı obyektin qanuni və ya qeyri-qanuni tikili olmasını araşdırır. Qeyri-qanuni tikililərin sahiblərinə vaxt verilib. Həmin vaxt müddətində düzəliş verilmirsə, obyekt bizim tərəfimizdən sökülür. çox vaxt özlərinin razılığı ilə söküntü aparılır. Elə sakinlər də olur ki, işimizi yubadır. Amma obyektlərinin qeyri-qanuni olduğunu dərk edənlər söküntünü özləri aparırlar. Sağ olsunlar, bizə çox əziyyət vermirlər”. 

İcra başçısı onu da qeyd edib ki, yolun genişləndirilməsinə görə, 1093 ev söküləcək.