XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

08 Dekabr 2017 - 13:29

“Exo” qəzetinin fotojurnalisti Samir Əliyev vəfat edib –FOTO

Jurnalist, “Exo” qəzetinin fotoqrafı Samir Əliyev vəfat edib.

“Exo” qəzetinin redaksiyasından verilən məlumata görə, S. Əliyev səhər saatlarında uzun sürən xəstəlikdən dünyasını dəyişib. O, Zabrat qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, S. Əliyev 1975-ci ildə doğulub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarixi fakültəsini bitirib. Bir müddət “Zerkalo” qəzeti ilə əməkdaşlıq edib. 2001-ci ildən “Exo” qəzetində həm jurnalist, həm də fotoqraf kimi fəaliyyət göstərib. Bir neçə il əvvəl həkimlər ona qanın mieloleykozu diaqnozunu qoyublar.