XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

08 Dekabr 2017 - 17:05

Bakıda 705 mindən çox insan məsuliyyətə cəlb edilib –Bir il ərzində

 

Piyadaların avtomobillərlə vurulması Bakı şəhəri üzrə bu il ərzində baş vermiş yol-nəqliyyat hadisələrinin 67 faizini təşkil edir ki, bu da çox ciddi narahatlıq doğurur.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, bu il yanvarın 1-dən indiyə qədər yol-hərəkət qaydalarını pozan 85 min piyada keçirilən tədbirlər nəticəsində inzibati məsuliyyətə cəlb edilib: “Bununla yanaşı, təbliğat işlərinin aparılmasına da üstünlük verilib”.

Bölmə rəisi əlavə edib ki, həmçinin yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə avtomobil sürücülərinə qarşı 620 mindən artıq inzibati protokol tərtib edilib.