Bu gün “Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına Dəstək” adlı tvinninq layihəsinin yekun iclası olub.
Avropa İttifaqının Azərbaycandakı səfriliyindən Strateq.az saytına bildiriblər ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, 1,163,933.40 avro büdcəsi olan bu layihə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası və İspaniyanın İçtimai İşlər və Nəqliyyat Nazirliyi ilə birgə həyata keçirilib. Layihənin əsas məqsədi – Azərbaycanda dəniz üzgüçülüyünün təhlükəsizliyi və dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması ilə əlaqədar Beynəlxalq Konvensiyalarda nəzərdə tutulan məsuliyyət prosedurlarının Avropa İttifaqı qanunvericiliyi ilə əlaqəli şəkildə həyata keçirilməsində və tətbiqi məsələlərində Dövlət Dəniz Administrasiyasının potensialını gücləndirməkdən ibarət olub. Yekun iclasda Dövlət Dəniz Administrasiyasının rəisinin müavini, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, Benefisiar ölkənin və üzv dövlətin nümayəndələri və digər rəsmilər iştirak edib.
Tədbirdə layihə çərçivəsində dəniz nəqliyyatı sahəsi üzrə milli qanunvericliyin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində dəyişikliklər və qəbul olunan Qanunlar barədə məlumat verilib. Tədbirdə Administrasiyanın tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi nümayiş etdirilib.
Laçın
Strateq.az