XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Dekabr 2017 - 23:25

Yevlax icra hakimiyyəti:"“Oturaq qaraçı”lar 7-ci sinfə qədər təhsil alırlar"

Qaraçı uşaqlarının çoxu təhsil almır.

Bunu Trend-ə Azərbaycanda qaraçıların daha çox məskunlaşdığı Yevlax rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul katibi Fəxrəddin Zeynalov deyib. O bildirib ki, çox nadir hallarda qaraçı uşaqlar arasında təhsil alan olur: "Onların bir qrupu "oturaq qaraçı"lardır. Belə qaraçılar heç olmasa, 7-ci sinfə qədər təhsil alırlar. Dilənçiliklə məşğul olan qaraçıları isə tapmaq mümkün deyil. Onların yeri yalnız hüquq-mühafizə orqanları tərəfindən cinayət törətdikdə aşkar olunur".

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev də Trend-ə açıqlamasında qaraçı uşaqların böyük əskəriyyətinin təhsildən kənarda qaldığını söyləyib.

Onun sözlərinə görə, həmin uşaqların çoxu polis orqanları tərəfindən avaraçılıq və dilənçiliklə məşğul olduğu aşkarlanan uşaqlar olub.