XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

11 Dekabr 2017 - 09:38

Xarici diplomatlar və əcnəbi KİV nümayəndələri Tərtərə gəlib –Prezidentin göstərişi ilə  

Azərbaycan prezidenti İlham Əliyevin göstərişinə əsasən, bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin, həmçinin kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin Tərtər rayonuna səfəri təşkil olunub.

 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, səfər çərçivəsində diplomatlar və KİV nümayəndələri  Tərtər   rayonunda 1170 məcburi köçkün ailəsi üçün yeni salınan çoxmərtəbəli yaşayış kompleksi və  orada yaradılmış şəraitlə, həmçinin Tərtər rayonunun Şıxarx qəsəbəsində ermənilərin Azərbaycana qarşı ərazi iddialarını ifşa edən, yenidən bərpa olunmuş  “Marağa-150” abidəsi ilə yerində tanış tanış olacaqlar.