XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

11 Dekabr 2017 - 13:05

Sabaha olan hava proqnozu –Hava yağmursuz olacaq

Bakı və Abşeron yarımadasında dekabrın 12-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 Lakin gecə bəzi yerlərdə çiskinli olacağı ehtimalı var.  Arabir güclənən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.  ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə  5-8° isti, gündüz  9-13° isti olacağı gözlənilir. Bakıda gecə  5-7° isti, gündüz  10-12° isti olacağı gözlənilir.  Atmosfer  təzyiqi  normadan yüksək 768  mm civə sütunundan 773 mm civə sütununa yüksələcək.  Nisbi  rütubət  gecə  70-80 %, gündüz 60-65 % olacaq.

 Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

 Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 0-4° isti, gündüz  5-10° isti olacağı gözlənilir.