XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

12 Dekabr 2017 - 16:24

“Haqsız qərardır…” –Məcburi köçkün Ermənistanı cəzalandıran Avropa Məhkəməsinin qərarından narazı qaldı

Xəbər verdiyimiz kimi, Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasının  “Çıraqov və başqaları Ermənistana qarşı” işi ilə bağlı çıxardığı yeni qərara əsasən 6 şikayətçinin hər birinə 5 min avro ödənməlidir. 

Həmin 6 nəfərdən biri olan Fəxrəddin Paşayev məhkəmənin qərarından narazıdır.

O, “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, bu gözlənilıməyən, absurd bir  qərardır: “Görünür, bu məsələni siyasiləşdiriblər. Demək olar ki, bu bizə heç nə ödəməmək deməkdir. Hər birimiz təxminən 2 milyon manat civarında maddi iddia qaldırmışdıq. 

Vəkillərimiz tərəfindən hər birimizə 50 min avro mənəvi ziyan hesablanmışdı. Bunların qarşısında hər bir insana cəmi 5 min avro təzminat ödəyəcəkləri barədə qərar çıxarıblar. Pul 3 ay müddətində  ödənməlidir. Avropa Məhkəməsi tarixində bəlkə də birinci dəfədir belə bir haqsız qərar var.

Biz mübarizəmizi  yəqin ki davam etdirəcəyik. Bu işdə gərək dövlət də bizə yardım  etsin.  Yəni bizə dili bilən yeni vəkillər ayrılmalıdır. Bu çox haqsız bir qərardır. Ümumi xərclərə  28 min  funt sterlinq ayrılıb. Bu da vəkillər üçündür. Amma bizim hamımıza bir yerdə 30 min avro ödəniləcək. Yəni vəkillərə ödənilən pullar bizə ödənilən puldan çoxdur”.