XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

15 Dekabr 2017 - 17:49

Hövsanda narkomaniya əleyhinə tədbir keçirildi –FOTOlar

Daxili İşlər Nazirliyinin müvafiq idarələrinin ölkədə narkomaniyanın qarşısının alınması istiqamətində həyata keçirdiyi maarifləndirici tədbirlər davam edir.

Strateq.az xəbər verir ki, dünən – dekabrın 14-də belə tədbirlərdən biri Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsindəki Dədə Qorqud yaşayış sahəsində yerləşən 315 nömrəli orta məktəbdə təşkil edilib.

Bakı şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi (NMİ) tərəfindən təşkil edilən "Narkomaniya ümumbəşəri bəladır" mövzusundakı görüş fəal diskussiyalar, maraqlı müzakirələr şəraitində keçib.

Xüsusən də Narkotiklərlə Mübarizə İdarəsinin (NMİ) rəisi, polis polkovniki Zaur Fətəliyevin, NMI-nin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Vüqar Nəcəfovun, NMI-nin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şirəli Babayevin çıxışları iştirakçılar tərəfindən xeyli marağa səbəb olub və çoxsaylı suallarla qarşılanıb.

Polis zabitləri narkomaniyanın bəşəriyyət üçün necə təhlükəli cinayətlərə yol açdığından ətraflı bəhs edərək, müxtəlif ölkələrin timsalında çoxsaylı nümunələr gətiriblər və ona qarşı mübarizənin də hər kəs tərəfindən aparılmalı olduğunun zəruriliyini izah ediblər.

Vətənin müdafiəsinin ilk növbədə sağlam gənclikdən asılı olduğunu vurğulayan polis zabitləri narkotiklərin fəsadları və ziyanı, həmçinin ona qarşı mübarizənin üsulları barədə fikirlərini bildiriblər, məktəblilərin suallarına detallı cavablar veriblər.