XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 December 2017 - 16:17

Bakıda daha bir yol müvəqqəti bağlanacaq- “Azəravtoyol”

Bakıda daha bir yol bağlanacaq.

Bu barədə Trend-ə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat veib.

Qurum rəsmisi bildirib ki, aparılacaq rənglənmə işləri ilə əlaqədar olaraq bu gün saat 22:00-dan səhər saatlarınadək Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən S.S.Axundov küçəsi ilə kəsişməsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti yol bağlanmadan hissə-hissə qismən məhdudlaşdırılacaq.

Bu üzdən sürücülərdən sözügedən yolda qeyd olunmuş saatlarda hərəkət zamanı diqqətli olmaları xahiş olunur.