XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

18 Dekabr 2017 - 10:55

Bu gündən Babək prospektində təmir başlanır –Hərəkət qismən məhdudlaşdırılacaq

Bakı şəhərinin Babək prospektində aparılacaq yenidənqurma işləri ilə əlaqədar olaraq bu gündən etibarən sözügedən prospektdə avtonəqliyyat vasitələrinin hərəkəti yol bağlanmadan hissə-hissə qismən məhdudlaşdırılacaq. 

"Report" bu barədə "Azəravtoyol"a istinadən xəbər verir. Yenidənqurma işlərinə prospektin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən Günəşli qəsəbəsi istiqamətində start verilir. 

"Sürücülərdən təmir işləri aparılan ərazilərdə diqqətli olmaları və prospektdə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", – deyə məlumatda qeyd olunub.