"Bu ilin 11 ayı ərzidnə 500-dən çox əcnəbi Azərbaycan vətəndaşlığına qəbul edilib".
"Report" xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev deyib.
O bildirib ki, bu il ərzində 38 mindən artıq əcnəbiyə Azərbaycanda müvəqqəti yaşama hüququ verilib: "3000-ə yaxın əcnəbi isə daimi yaşama hüququ alıb".