XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

19 Dekabr 2017 - 17:03

Azərbaycanda cinsi mənsubiyyətə görə hamiləliyi pozanlar cəzalanacaq –Yeni qanun

Reproduktiv hüceyrələrin kommersiya məqsədi ilə saxlanması və istifadəsi, insan embrionunun kommersiya, hərbi və sənaye məqsədilə istifadəsi, eləcə də tibbi müdaxilə zamanı çıxarılan cinsi vəzilərin (onların hissələrinin) pasiyentin razılığı olmadan saxlanılması və istifadəsi məsuliyyət yaradacaq.

Bu, yeni hazırlanan “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsində bildirilib ki, köməkçi reproduktiv texnologiyalardan istifadə qaydalarının və şərtlərinin pozulması, reproduktiv hüceyrələrin kommersiya məqsədi ilə saxlanması və istifadəsi, insan embrionunun kommersiya, hərbi və sənaye məqsədilə istifadəsi, eləcə də tibbi müdaxilə zamanı çıxarılan cinsi vəzilərin (onların hissələrinin) pasiyentin razılığı olmadan saxlanılması və istifadəsi, insanın klonlaşdırılması məqsədilə reproduktiv hüceyrələrin və embrionun istifadəsi, cins ilə bağlı irsi xəstəliklərin keçmə ehtimalı yüksək olduğu hallar istisna olmaqla, köməkçi reproduktiv texnologiyaların tətbiqi zamanı uşağın cinsinin planlaşdırılması və ya cinsi mənsubiyyətə görə hamiləliyin pozulması (selektiv abort) Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olacaq/Report.