XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

20 Dekabr 2017 - 13:58

PA:"Dövlət fermerlərin məsuliyyətini öz üzərinə götürməməlidir"

“Dövlət dəstəyinin səmərəliliyi bu gün olduqca aktual olan məsələlərdən biridir. Bizim resurslarımız da çox ola bilər, büdcədən kənd təsərrüfatına daha çox vəsait ayıra bilərik, lakin əsas olan dövlət dəstəyinin səmərəli təşkilidir, ayrılan vəsaitlərin ünvanlılığıdır”.

“APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Azər Əmiraslanov bildirib.

“Biz kənd təsərrüfatına nə qədər dəstək göstərmiş olsaq da, dövlət bütün aqrobiznesin, fermerlərin, kənd təsərrüfatı məhsulları istehsalçılarının məsuliyyətini öz üzərinə götürməməlidir. Yəni kənd təsərrüfatına dəstək özü-özlüyündə bir humanitar yardım deyil, bizim fermerlər nəzərə almalıdırlar ki, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Buna görə, biznesin məsuliyyəti biznes, təsərrüfat subyektlərinin üzərinə düşür. Dövlətin əsas missiyası sahələrarası rəqabətdə kənd təsərrüfatı sektorunun geri qalmaması üçün zəruri dəstəyin verilməsindən ibarətdir”, – deyə A.Əmiraslanov vurğulayıb.