XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Dekabr 2017 - 22:11

Gürcüstanın azərbaycanlılar yaşayan bölgəsində 9 məktəb direktorsuzdur:"Gürcü dilini bilmək hər namizəd üçün vacib şərtdir”

2018-ci ildə Gürcüstanda etnik azlıqların yaşadığı bölgələrdəki orta məktəblərin direktorları yeni qaydalara əsasən seçiləcək.

Bu barədə Gürcüstanın təhsil və elm nazirinin müavini Lia Giqauri yerli təhsil portalına deyib ki, direktor vəzifəsinə namizədlər üçün gürcü dilini bilmək məcburi olacaq.

O bildirib ki, etnik azlıqların kompakt yaşadığı bölgələrdə yerləşən orta məktəblərin yeni direktorlarına da dövlət dili ilə bağlı tələb qoyulacaq: “Kvemo Kartli bölgəsində 9 məktəbin direktoru yoxdur və ilkin mərhələdə məhz həmin məktəblərdə direktor vəzifəsinin tutulması ilə bağlı müsabiqə elan olunacaq. Gürcü dilini bilmək hər namizəd üçün vacib şərtdir”.

Nazir müavini əlavə edib ki, gələn il məktəb direktorlarının sertifikatlaşdırılması da həyata keçiriləcək. 

APA