XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

29 Dekabr 2017 - 14:45

Qəbiristanlıqların idarə olunması bələdiyyələrə verilir- Qanun dəyişdi

Azərbaycanda qəbiristanlıqların saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi, həmçinin dəfn xidmətlərinin təşkilinə bələdiyyələr yardım göstərəcək.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanunun 4-cü (Yerli sosial müdafiə və sosial inkişaf proqramları) maddəsinin 2-ci hissəsinə edilən əlavəyə əsasən, qəbiristanlıqların saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi, həmçinin dəfn xidmətlərinin təşkilinə bələdiyyələr yardım göstərəcək.

Qəbiristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydalara uyğun olaraq həyata keçirilir.

Qanuna dəyişikliklər səsə qoyularaq qəbul edilib.