XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

30 Dekabr 2017 - 12:45

Yanvar ayında hava necə olacaq? –Nazirlik açıqladı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, yanvarda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 4-6° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr 2-7° isti, bəzi günlərdə 3°-dək şaxta, gündüzlər 8-13°, bəzi günlərdə 1-5° isti olacaq.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 18-28 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 3° şaxtadan 1°-dək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 5-10°, dağlıq ərazilərdə 16-21° şaxta, gündüzlər 7-12° isti, bəzi günlərdə 0-5° şaxta olacaq.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 14-25 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 1-4° şaxta olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 0-5°, bəzi günlərdə 8-13° şaxta, gündüzlər 5-10° isti, bəzi günlərdə 0-5° şaxta olacaq.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 16-24 mm) olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 1-3° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 0-5° isti, bəzi günlərdə 5-10° şaxta, gündüzlər 8-13° isti, bəzi günlərdə 2° şaxtadan 3°-dək isti olacaq.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 10-32 mm) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 2° dərəcə şaxtadan 3° dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 2° şaxtadan 3°-dək isti, bəzi günlərdə 7-12°, yüksək dağlıq ərazilərdə 17-22° şaxta, gündüzlər 6-11° isti, bəzi günlərdə 0-5° şaxta olacaq.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 22-49 mm) olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 2-5° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Gecələr 0-5° isti, bəzi günlərdə 2-7° şaxta, gündüzlər 10-15°, bəzi günlərdə 2-7° isti olacaq.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 17-30 mm) olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 2-6° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Gecələr 2-7° isti, bəzi günlərdə 0-5°, dağlarda 10-15° şaxta, gündüzlər 8-13° isti, bəzi günlərdə 2° şaxtadan 3°-dək isti olacaq.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 63-98 mm) olacağı gözlənilir.