XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Yanvar 2018 - 23:35

Prezident Poroşenko beş min insanı vətəndaşlıqdan məhrum edib –Açıqlama

Prezident Pyotr Poroşenko 2017-ci ildə 5 mindən çox insanı  Ukrayna vətəndaşlığından məhrum edib.

Bu barədə məlumatı dövlət başçısının administrasiyası yayıb. "Vətəndaşlığın dayandırılması haqqında fərmanlar 4296 nəfərin vətəndaşlıqdan çıxması, 47 nəfərin vətəndaşlığını itirməsi nəticəsində və 825 nəfərə qarşı beynəlxalq müqavilələrlə nəzərdə tutulmuş əsaslar üzrə verilib", – deyə bəyanatda bildirilir.

Eyni zamanda ötən il cəmi 957 nəfərə bu ölkənin vətəndaşlığı verilib. 1991-ci ildən Ukrayna əhalisi 9,5 milyon nəfər azalıb.(report)