Dövr dəyişdikcə terminlər dəyişir.. İnformasiya texnologiyaları əsrində yaşayan bu günkü insan özünün yaşam tərzinə görə sələfindən tam fərqlənir.
Zövqdən tutmuş həyat tərzinə qədər dəyişən zaman özünün yeni qaydalarını diqtə edir. Əgər 25 -30 il əvvələ düşmək mümkün olsaydı işlətdiyi aşağıdakı ifadələrə görə adamı hökmən ruhi xəstə hesab edərdilər:
“- Skaypda adın nədir?”
“- Flaşkan var?
“- Filmin linkini at mənə baxım..”
“- Meşəyə gedirəm, nəsə lazım olsa zəng elə..”
“- Səninlə danışmaqdan artıq əlim donub..”
“- Əlim dəydi, “Koroğlu”nu təsadüfən sildim..”
“- Poçta girə bilmirəm…”
“- Beş dəqiqə əvvəl sənə məktub göndərmişəm, aldın?”
“- Normal danışmaq olmur, tez-tez itirsən..”
“- Kartıma pul qoy..”
“- Gəl ona ad günündə ev kinoteatrı hədiyyə edək..”
“- İnternet uçdu..”
“- Profilmi sındrıblar..”