XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

11 Yanvar 2018 - 20:11

“Əkin yerinin yandırılması qadağandır” –Yeni qanun rəsmiləşdi

Bu gün Prezident İlham Əliyev “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu da təsdiq edib.

Strateq.az xəbər verir ki, yeni qanuna əsasən, “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3, maddə 128) aşağıdakı dəyişikliklər edilib:

1. 1-ci maddənin birinci hissəsinin yeddinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin: “əkin yeri – torpaqların məqsədli təyinatı və hüquqi rejiminə uyğun olaraq əkin üçün nəzərdə tutulan kənd təsərrüfatı yeri.”.

2. 9-cu maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin: “Əkin yerinin yandırılması qadağandır.”.