XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

18 Yanvar 2018 - 17:02

“20 Yanvar günü məktəblilər dərsə getməyəcək” –Təhsil Nazirliyi

Ümumxalq Hüzn Günü olduğuna görə 20 Yanvar günü məktəblilər dərsə getməyəcək.

Bu sözləri Axar.az-a Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov söyləyib.

"Hər il olduğu kimi, bu il də hüzn günü ilə bağlı olaraq 20 Yanvar günü məktəblərdə dərs keçirilməyəcək" – C.Valehov bildirib.

Xatırladaq ki, Nazirlər Kabinetinin 2017-ci il 6 dekabr tarixli, 540 nömrəli qərarına əsasən, 2018-ci ildə 1, 2 yanvar – Yeni il bayramı, 20 Yanvar – Ümumxalq Hüzn Günü də daxil olmaqla, 8 Mart– Qadınlar günü, 20, 21, 22, 23, 24 mart – Novruz bayramı, 9 May – Faşizm üzərində Qələbə günü, 28 May – Respublika günü, 15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş günü, 15, 16 iyun – Ramazan bayramı, 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, 22, 23 avqust – Qurban bayramı, 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü iş günü hesab edilmir.