XƏBƏR LENTİ

27 Fevral 2021
26 Fevral 2021

Digər Xəbərlər

19 Yanvar 2018 - 15:08

Dövlət qulluğuna qəbul və sınaq imtahanlarının tarixləri elan edildi  –DİM

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yaxın dövr ərzində keçirilməsi nəzərdə tutulan dövlət qulluğuna qəbul və sınaq imtahanlarının tarixləri müəyyən olunub.

Mərkəzdən Trend-ə verilən məlumata görə, mövcud qanunvericiliyə əsasən, dövlət qulluğuna qəbul imtahanlarının ayda 1 dəfə keçirilməsi nəzərdə tutulur. Hazırda inzibati rəhbər (A növü) vəzifələr üzrə yanvarın 27-də keçiriləcək müsabiqənin test imtahanına qeydiyyat davam edir. Bu imtahanda iştirak etmək üçün qeydiyyat yanvarın 24-dək aparılacaq.