XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

19 Yanvar 2018 - 17:51

Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 20 yanvar faciəsi yad edilib –FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Bu barədə Strateq.az-a qurumdan məlumat verilib. Öncə 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Mərasimdə Xidmət rəisinin birinci müavini general-mayor Zaur Abdullayev çıxış edərək xalqımızın azadlıq mübarizəsi tarixində 20 Yanvarın xüsusi yer tutduğunu bildirib. Z. Abdullayev qeyd etdi ki, 20 Yanvar faciəsi uzun müddət Rusiya və Sovet İmperiyalarının tərkibində yaşamış, müstəqillikdən məhrum edilmiş xalqımızın suveren dövlət qurmaq istəyinin həyata keçməsinə aparan yolun başlanğıcı olub. Bildirilib ki, yalnız Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra, "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib.

Anım mərasimi 20 Yanvar hadisələrinə həsr olunmuş “Qanlı Yanvar” sənədli filminin nümayişi ilə davam etdirilib.