XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 January 2018 - 15:22

Bakının 3 böyük qəsəbəsinə içməli su verilişi dayandırılıb- Səbəb

Bakının Xocahəsən, eləcə də Sulutəpə və Biləcəri qəsəbələrinin bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb.

Bu barədə "Report"a "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

A.Cəbrayıllının sözlərinə görə, fasilə magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədardır.

Qurum rəsmisi fasilənin yanvarın 22-si günün birinci yarısına qədər davam edəcəyini bildirib.