XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

25 Yanvar 2018 - 11:26

Bayıldan köçürülən ailələrə məktəbdə sığınacaq yaradılıb –Son məlumat + FOTOLAR

Səbail rayonunun Bayıl qəsəbəsində sürüşmə olan ərazilərdən 67 ailə köçürülüb.

Sakinlər üçün rayon ərazisindəki 49 saylı orta məktəbdə sığınacaq yaradılıb.

Sakinlər Trend-ə bildiriblər ki, rayon İcra Hakimiyyətinin nümayəndələri yaxın günlərdə köçürülən sakinlərə kirayə pulu üçün kompensasiya veriləcəyini deyiblər: "Ailələrin bir qismi orta məktəbdə yerləşdirilib. Qalan ailələr isə başqa ərazidə yaşayan qohumlarının evlərinə köçüb. Hazırda evlərdə böyük çatlar var, amma zədələnməyən evlərdəki ailələr də təhlükəsizlik üçün köçürülüb".

Xatırladaq ki, sürüşmə baş verən ərazi təhlükəsizlik zolağı ilə əhatələnib. Ərazi polis nəzarətinə götürülüb.

Hadisə yerində Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən araşdırma aparılır.