"Təkcə 2017-ci ildə Azərbaycanda 33 min abunəçi elektrik enerjisi şəbəkəsinə qoşulmaq üçün "Azərişıq" ASC-yə müraciət edib".
Bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətin rəsmisi Elsevər Rüstəmov deyib.
Onun sözlərinə görə, həmin müraciətlərin 30 mini müsbət cavablandırılıb.
“Bu müraciətlərdən təxminən 1 000-i qeyri-əhali qrupuna daxil olan abunəçilərə məxsusdur", – deyə o, qeyd edib.
E.Rüstəmov həmçinin əlavə edib ki, təmsil etdiyi qurum sənədsiz evlərlə bağlı Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (ƏMDK) ilə danışıqlar aparır: “Bildiyiniz kimi, ƏMDK sənədsiz evlərlə bağlı layihə həyata keçirir. Komitə bizə hər hansı arayış verməklə biz həmin tikilini elektrik enerjisi ilə təmin edəcəyik. Hazırda bu istiqamətdə danışıqlar davam etdirilir”.
Report.az