XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

26 Yanvar 2018 - 13:24

Ekspedisiya rəisi:“Bayıl yamacında çökmə prosesi gedir”

“Hazırda Bayıl yamacında tərəfimizdən geofiziki kəşfiyyat işləri aparılır, sürüşmənin baş vermə səbəbləri araşdırılır. Bir növ ərazidə aidiyyəti qurumlar tərəfindən görüləcək işlər üçün geoloji əsas hazırlanır”.

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, sürüşmə sahəsində quraşdırılmış üfüqi mayaklarda çatlar əmələ gəlib və ərazidə çökmə-oturma prosesi gedir.

Ekspedisiya rəisi qeyd edib ki, elektrik kəşfiyyat üsulundan (ŞEZ) istifadə edilməklə, prosesin hansı dərinlikdə getdiyini öyrənmək üçün işlər həyata keçirilir.

Qeyd edək ki, Teleqüllə sürüşmə sahəsi – Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir. Sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub. Sürüşmə sahəsində yeddi metr dərinliyində, bir metr enində çatlar yaranıb.