Zaqatalaya təbii qazın verilişi dayandırılıb.
Rayona verən təbii qaz saat 14.30 radələrindən kəsilib. Zaqatala Qaz İstismarı İdarəsindən APA-ya bildirilib ki, buna 325 mm-lik magistral qaz kəmərində baş verən sızma səbəb olub. Hazırda təmir işlərinə başlanıb. Təmir işləri başa çatandan sonra rayona təbii qazın verilişi bərpa ediləcək.