XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

26 Yanvar 2018 - 15:43

Ötən il qidadan zəhərlənənlərin sayı açıqlandı –Nazirlikdən açıqlama  

Ötən il ərzində Azərbaycanda 362 qida zəhərlənməsi baş verib.

Bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib. Onun sözlərinə görə, zəhərlənmə hadisələrindən 656 nəfər zərər çəkib. Ötən il 21 botulizm hadisəsi baş verib. Nəticədə 41 nəfər zəhərlənib, 6 nəfər dünyasını dəyişib. Ölümə hisə verilmiş balıq və məişət şəraitində hazırlanmış konservləşdirilmiş məhsullar səbəb olub. Ümumilikdə, qida zəhərlənmələrinin hamısı məişət şəraitində hazırlanmış məhsulların qəbulundan baş verib. Qeyd edək ki, Azərbaycanda qida zəhərlənmələri və onlardan zərərçəkənlərin sayı 2016-cı illə müqayisədə azalıb.

2016-cı il ərzində Azərbaycanda 625 qida zəhərlənməsi baş verib, nəticədə 924 nəfər zəhərlənib. 2016-cı ildə 36 botulizm hadisəsi olub ki, nəticədə 55 nəfər zərər çəkib, 2 nəfər dünyasını dəyişib.