XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

26 Yanvar 2018 - 17:46

Xəstələrin apteklərə qaytardığı dərmanlar məhv edilməlidir –Yeni tələblər

Səhiyyə Nazirliyinin Kollegiyası "Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər"i təsdiq edib.

Trend-in məlumatına görə, dərman vasitələrinin daşınmasına və saxlanmasına dair tələblər Azərbaycan Respublikasında dərman vasitələrinin saxlanmasını, daşınmasını və paylanmasını həyata keçirən əczaçılıq müəssisələrinə şamil edilir. Bu tələblər Ümumdünya Səhiyyə Təşkilatının 2003-cü il tarixli 908 saylı texniki hesabatının 9-cu əlavəsinə əsasən hazırlanıb.

Geri çağırılmış məhsullar da daxil olmaqla qaytarılmış məhsullar təsdiq edilmiş prosedurlara əsasən idarə edilməli və aparılmış qeydlər qorunub saxlanmalıdır.

Xüsusi saxlanma şəraitləri tələb edən dərman vasitələrinə dair müvafiq saxlanma təlimatları olmalıdır. Əgər hər hansı göstəriş yoxdursa (məs. daima soyuq zəncir saxlanmalı) təyin olunan şəraitdən kənaraçıxmaya yalnız qısa müddətli daşınma zamanı yol verilir.

Bütün qaytarılmış məhsullar karantində saxlanmalı və yalnız təyin olunmuş cavabdeh şəxsin məhsulun keyfiyyəti barədə müsbət qiymətləndirməsindən sonra satış üçün nəzərdə tutulan məhsullarla eyni sahəyə yerləşdirilməlidir. Ehtiyatda olan geri qaytarılmış hər hansı məhsul fərqləndirilməli və bu barədə qeydlər aparılmalıdır. Xəstələr tərəfindən apteklərə qaytarılmış dərman vasitələri anbarlara təhvil verilərkən digər məhsullarla qarışdırılmamalı və məhv edilməlidir.