XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

26 Yanvar 2018 - 21:36

Bələdiyyə sədrləri barədə 100-ə yaxın protokol məhkəmələrə göndərilib –Ədliyyə Nazirliyi

Ötən il qanunvericiliyin tələblərini pozan bələdiyyə sədrləri barədə 98 inzibati xəta haqqında protokollar məhkəmələrə göndərilib.

Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə nazirliyin 2017-ci ilin yekunları barədə keçirdiyi iclasda qeyd edilib. Bildirilib ki, həmin bələdiyyə sədrlərinin əksəriyyəti barədə artıq işlərə baxılaraq inzibati məsuliyyətə cəlb ediliblər.

Həmçinin qeyd edilib ki, yerli özünüidarə orqanlarının fəaliyyətinə inzibati nəzarət qaydasında 2017-ci ildə 62.600 bələdiyyə aktına baxılıb və nazirliyin təklifləri əsasında 1.454 akt ləğv edilib və ya dəyişdirilib, bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 2.640 hektar torpaq sahəsi geri qaytarılıb.