XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Yanvar 2018 - 22:06

Nazirlik kütləvi ixtisarla bağlı məlumata aydınlıq gətirdi –Rəsmi açıqlama  

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyətində, eləcə də digər tabeli qurumlarında işçilərin kütləvi ixtisarı aparılmır.

FED.az xəbər verir ki, bunu  "Bakı Telefon Rabitəsi” MMC-də (Baktelekom) aparılan kadr islahatları ilə bağlı məsələyə cavab olaraq nazirlikdən bildiriblər.

Nazirlikdən qeyd edilib  ki, "Baktelekom" ilə aidiyyəti telefon qovşaqlarının əməkdaşları arasındakı münasibətlər mövcud əmək qanunvericiliyinin tələblərinə uyğun tənzimlənir:

"Hazırda "Baktelekom"da daha çevik idarəetmə modelinin tətbiqi məqsədilə mərkəzləşdirmə prosesi həyata keçirilir. Belə ki, mövcud telefon qovşaqlarının "Baktelekom"a birləşdirilməsi yeni texnologiyaların tətbiqi və günün tələbləri baxımından labüddür".